Dünya ictimaiyyətinin qəbul etdiyi termin - “iqlim dəyişikliyi” özünü getdikcə daha müntəzəm və açıq şəkildə büruzə verir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva son zamanlar müxtəlif ölkələrdə, o cümlədən, qonşu İranda müntəzəm hal alan daşqınlarla bağlı şərhində bildirib.
“Hər gün qəfil peyda olan yanğınlar, daşqınlar, sellər, qasırğalar barədə məlumatlar daxil olur. Sinoptiklərin proqnozlarına ciddi şəkildə yanaşmaq lazımdır. Fərqi yoxdur, istər ABŞ-ın olsun, istər Rusiyanın, istərsə də yerli sinoptiklər.
Xatırlatmaq istərdim ki, hazırda bahar selləri mövsümüdür. Ölkə çaylarında suyun səviyyəsinin qalxması və sellər müşahidə oluna bilər. Hamı buna hazır olmalıdır”, - deyə U.Tağıyeva bildirib.
Umayra Tağıyeva sinoptiklərə ciddi yanaşmağa çağırır
Rəylər