“Pandemiya dövründə bəzi uşaqlar özlərini tənha hiss etdi və bu həmin uşaqların psixoloji durumlarına təsir etdi”.
Oxu.Az xəbər verir ki, bunu UNİCEF-in Azərbaycan nümayəndəliyinin müavini Min Yua Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə görülən tədbirləri izlədik və yüksək qiymətləndirdik:
“Bu gün uşaqlar 2030-cu ilə dair planlardakı insan kapitalını təşkil edir. Uşaqlara qoyulan sərmayə Azərbaycanın gələcəyinə yatırım deməkdir. Uşaqlar və yeniyetmələr böyüklərə kömək etməlidirlər. Burada yalnız şəhərdə deyil uzaqda, regionlarda yaşayan uşaqlar da nəzərdə tutulur.
Bütün dünya COVID-19 infeksiyasına qarşı mübarizəni davam etdirir. UNİCEF uşaqların sağlam gələcəyini, onların müdafiəsinin həm Azərbaycanda, həm də dünyada davam etdirilməsi üçün çalışır. Bütün dünyada eləcə də Azərbaycanda birgə fəaliyyət istiqamətlərində uşaqlara dəstək ola bilərik”.
Könül Cəfərli