Azərbaycanda xaricdə təhsil, şəxsi inkişaf karyera yüksəlişi vəd edən "UniDestin" təhsil mərkəzində şagirdlərlə görüş təşkil olunub.
Təhsil mərkəzi yalnız böyük yaş qrupları üçün deyil, ibtidai sinif şagirdləri üçün də dil kursları təklif edir.
"Təhsil mərkəzimizdə texniki və digər fənləri də artıq ingilis dilində tədris etməyə başlayacağıq. Xaricdə təhsil almış müəllimlərlə çalışırıq", - deyə mərkəzin meneceri Ülviyyə Hüseynova bildirib.
Qeyd edək ki, "UniDestin" xaricdə təhsillə yanaşı, tələbələrin SAT, TOEFL, IELTS imtahanlarından uğurla keçməsini və müvafiq sertifikatların təqdim olunmasını da öhdəsinə götürüb. Şirkət dünyanın müxtəlif ölkələrində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə qəbul proseslərini həyata keçirir.
Daha ətraflı Baku TV-nin süjetində: