2 sentyabrda “Park Bulvar AVM”-də yerləşən “United Colors of Benetton” mağazası yeni konseptlə müştərilərin xidmətinə verildi.
Mağazanın daxili interyeri, işıqlandırılması, reklam stendləri, istehlakçıların axtardığını rahatlıqla tapması üçün məhsulların yerləşdirilməsi və s. dünyanın müxtəlif ölkələrindəki “United Colors of Benetton” mağazalarının müasir konseptinə tam uyğunlaşdırılıb.
İndi dəbsevərlər “Park Bulvar AVM”-də yerləşən “United Colors of Benetton” mağazasında qadın, kişi və uşaq kolleksiyalarını bir məkanda əldə edə biləcəklər. Açılış günü münasibətilə mağazada müştəriləri yeni payız – qış 2017 kolleksiyası, xoş sürprizlər, hədiyyələr gözləyirdi.
Qeyd edək ki, “United Colors of Benetton” mağazası “Mybrands” mağazalar şəbəkəsinə daxildir.
Xatırladaq ki, iyirmi ilə yaxındır “Mybrands” şəbəkəsi müştərilərini daima yeni monobrend mağazalarının açılışı ilə sevindirir.
Qeyd edilən şəbəkədə müştərilər üçün müxtəlif endirim, hədiyyə və s. aksiyaları təklif edilir.
Hazırda 160000 nəfər şəbəkənin təqdim etdiyi 5%-20% “Mybrands” endirim kartlarının sahibidir.
Dəyişən müştəri ehtiyaclarını qarşılamaq üçün isə “Mybrands” mağazalarının əməkdaşlarına daima yerli və xarici peşəkarların təlimləri keçirilir.
Ətraflı məlumat üçün: *0114