Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Universitet rektoru istefa verdi - AÇIQLAMA](https://images.oxu.az/2015/10/05/22/02/36/105/nazim:1200.jpg)
Universitet rektoru istefa verdi - AÇIQLAMA
Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli bu gün rektor vəzifəsindən istefa verib. Buna səbəb N.Hüseynlinin Milli Məclisə V çağırış seçkilərində iştirakı göstərilib.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı teleqraf.com-a açıqlama verən BAU-nun mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə, N.Hüseynlini hazırda fizika-riyaziyyat elmləri namizədi, professor Məsim Məmmədov əvəz edir.
Onun sözlərinə görə, M.Məmmədov bundan əvvəl universitetdə prorektor vəzifəsində çalışıb.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər