2015-ci ilin yanvar ayının göstəricilərinə görə, ünvanlı dövlət sosial yardımı alanların sayı ötən ilin yanvar ayı ilə müqayisədə 26,4% və ya 38 675 ailə (168 673 nəfər ailə üzvü) azalıb.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayının statistik göstəricilərinə görə, 107 761 ailə (470 237 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləği isə 10,3 faiz artaraq 31,83 manata yüksəlib.
www.oxu.az