2015-ci ilin fevral ayında 109 124 ailə (475 936 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 36 380 ailə? yəni 25% azdır.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“Ünvanlı sosial yardımın orta aylıq məbləği hər ailə və hər ailə üzvü üçün 12,1% artmaqla müvafiq olaraq 141,8 manat və 32,35 manat təşkil edib. Ünvanlı dövlət sosial yardımı alan ailələrin 31 287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 225 637 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 433 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 6 148 nəfər təşkil edir” - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, nazirlik tərəfindən ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması istiqamətində işlər aparılır.