Bakıda ictimai nəqliyyatda halı pisləşən şəxsin hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, pasiyentin vəziyyəti ağır qiymətləndirilir və hələlik onun yaxınları tərəfindən xəstəxanaya hər hansı müraciət daxil olmayıb.
Bakıda ürəyi dayanan xəstəni həkimlər həyata qaytarıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Video Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həyətində lentə alınıb.
Kadrda ürəyi dayanan pasiyentin peşəkar həkimlər və müasir tibbi yanaşma sayəsində həyata qaytarıldığı əks olunub.
Həmin görüntüləri təqdim edirik: