Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Uşaq evindən qaçan 14 yaşlı oğlanla bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO
14 yaşlı oğlan qaldığı uşaq evindən qaçıb.
Hadisə Xətai rayonu Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evində baş verib.
Müəssisədən verilən məlumata görə, 14 yaşlı oğlan və 16 yaşlı bacısı ümid yeri sığınacağından bir ilə yaxındır ki, uşaq evinə gətiriliblər. Bacı müəssisəyə adaptasiya olsa da amma Cümşüd anasızlığa öyrəşə bilmədiyi üçün bu üsula əl ataraq anasını axtarmaq üçün qaçır.
Uşaq evinin rəhbəri Gülnarə Quliyevanın sözlərinə görə bu uşağın ilk belə halı deyil. O, əvvəllər nənəsi və bibisinin himayəsində olan zaman da bu üsula əl atıb.
“14 yaşlı oğlanın bu qədər rahat müəssisədən qaça bilməsi” barədə suala isə müəssisədən cavab verilməyib.
Xezerxeber.az məsələnin təfərrüatlarını öyrənmək üçün ananın yaşadığı ünvana üz tutub.
Ətraflı videomaterialı təqdim edirik:
15.01.2023, 20:44
Uşaq evindən qaçan 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev tapılıb.
Bu barədə Oxu.Az-a Xətai rayonu Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən uşaq evinin müdiri Gülnarə Quliyeva məlumat verib.
O bildirib ki, uşaq Abşeron rayonundan tapılıb:
“Ərazi üzrə polis bölməsi uşağı tapıb. Bizə məlumat verdilər. Müvafiq qaydada polis əməkdaşları tərəfindən uşaq buraya gətiriləcək”.
Onun sözlərinə görə, uşaq dünən günorta saatlarında yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoluna girərək pəncərədən qaçıb. G.Quliyeva bildirib ki, uşaq yanvarın 13-də anası tərəfindən uşaq evinə gətirilib:
“Elşadın özündən iki yaş böyük bacısı var. Uşaqların atası ortada yoxdur, əvvəl ana baxıb, sonra bibiyə verib. Bacısı artıq bir ildir ki, bizdədir, buraya adaptasiya olub. Ancaq oğlan adaptasiya ola bilmir, qaçır ki, anamı istəyirəm.
Biz bibi ilə danışdıq ki, uşaqlar ortada qalmasınlar, aidiyyəti qurum vasitəsilə himayədar ailə proqramına daxil edək. Bibini razı salmışıq”.
Gülnarə Quliyeva qeyd edib ki, uşaq nənəsinin yanında olanda da qaçıb:
“Bir dəfə də yanvarın 4-də nənəsinin yanında olanda qaçıb. Onu bizim əməkdaşlar tapıb gətiriblər. Əksər hallarda Abşeronda, Xırdalan tərəfdə, ya da metronun “Elmlər Akademiyası” stansiyası tərəfdə tapırıq uşağı. Anasını axtarmaq adı ilə o istiqamətlərə gedir. Uşaq özü pis uşaq deyil. Bacı-qardaş ikisi də yaxşı uşaqdır. Sadəcə, uşaqlara pis təsir edir ki, ailələri, doğmaları ola-ola niyə uşaq evinə qoyulurlar”.
Uşağın qaçmasına səbəb yaradan amilləri isə G.Quliyeva belə izah edib:
“Bizim bağçanın binası köhnədir. 1970-ci ilin binasıdır. Bağçalara, pəncərələrə barmaqlıqlar vurmağa icazə yoxdur. Binanın quruluşu da elədir ki, pəncərədən düşmək asandır”.
09:34
Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb.
“Report”un xəbərinə görə, 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev yanvarın 14-ü saat 15:30 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.
Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Könül Cəfərli
"Abşeron" teqi üzrə xəbərlər
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi
Rəylər