Səhiyyənin Təminat Mərkəzi publik hüquqi şəxsi pnevmokok (PCV13) vaksinlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin qiyməti 12 milyon 879 min manat olub.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə 300 min ədəd birdozalı şprisdə pnevmokok (PCV13) vaksini alınıb.
Qaynar xətt:
(055) 224 12 12