Azyaşlılara tütün məmulatlarının satılması üzrə faktlara görə 1 568 şəxs inzibati məsuliyyətə cəlb olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatın dinlənməsi zamanı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 2020-ci ildə övladlığa götürülən, qəyyumluğa və himayəyə verilən 120 uşağın yaşadığı ünvanlarda monitorinqlər keçirib:
“Müvafiq monitorinqlər yerli icra hakimiyyəti orqanlarının qəyyumluq, himayəçilik komissiyaları tərəfindən 277 uşağın yaşadığı ailələrdə də aparılıb. Övladlığa götürülən uşaqların hüquqlarının aparılması halları aşkarlanmayıb”.
Nigar Məmmədova