Hazırda daha çox savadsız dayələrə üstünlük verilir. Əvvəllər isə bu iş xarici dil biliyi olan, dünyagörüşlü insanlara həvalə edilirdi.
Bəs dəyişən nə oldu? İnsanların savadsız dayə seçmələrinin səbəbi nədir?
Baku TV mövzu ilə bağlı sakinlər arasında sorğu keçirib. İnsanların savadsız dayələrə üstünlük verməsinin səbəbi onların daha az əməkhaqqı tələb etməsi ilə əlaqələndirilib.
"Savadsız dayə 300-600 manat arası, savadlı, sertifikatlı olan isə 1000 manat istəyir", - deyə sakin söyləyib.
"Uşaqlarımın dayəsi onlara bir neçə xarici dil öyrədirdi. Birlikdə rəsm çəkirdilər. Buna görə ona 4000 manat ödəyirdim", - deyə başqa bir sakin əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Uşaqlarımızı kimlərə əmanət edirik? - Savadsız dayəni ona görə seçirik ki...
Rəylər