“COVlD-19 uşaqlar üçün böyük risk deyil”.
Oxu.Az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, bu xəstəlik uşaqlar arasında yüngül keçir və ölüm halı yoxdur:
“Ölüm halları olsa belə, ümumi nəticə içərisində bu, çox cüzi faizdir”.
H.Harmancı qeyd edib ki, Avropa ölkələrində uşaqlar arasında kavasaki virusunun yayılmasının koronavirusun tərkib hissəsi olması məsələsi araşdırılır:
“Kavasaki barədə isə hələlik dəqiqləşən bir fakt yoxdur”.
İlhamə Əbülfət