Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Ustay” şirkətinin 13 işçisi zəhərlənib
Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib.
Report xəbər verir ki, şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb.
İşçilər “Unikal” klinikasına müayinəyə göndərilib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Hələlik hadisənin səbəbi bəlli deyil.
Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur.
Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.
Qeyd edək ki, bu gün saytlardan birində Sumqayıt şəhərində qazdan zəhərlənmə olduğu yazılıb. Həmin xəbərdə zəhərlənən şəxslərin SOCAR işçiləri olduğu iddia edilirdi.
"SOCAR" teqi üzrə xəbərlər
- SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- "SOCAR Green" və "PowerChina" şirkətləri Anlaşma Memorandumu imzalayıblar
- Hesablama Palatası: "SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq"
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"
Rəylər