"Uzaq, eyni zamanda yol infrastrukturu o qədər yaxşı olmayan kəndlərimizdə ilkin tibbi xidmətlə bağlı böyük problemlər var".
Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov sədri olduğu Səhiyyə komitəsinin ilk iclasında deyib.
O bildirib ki, bölgələr və kəndlərdə, xüsusilə uzaq kəndlərdə, yol infrastrukturu yaxşı olmayan kəndlərdə ilkin tibbi xidmətlə bağlı problemlər hələ də davam edir:
"Orada həm də səhiyyənin bu sahəsinin maddi-texniki bazası ilə bağlı, həm də kadr problemləri var. Əminəm ki, qarşıdan gələn yaxın vaxtlarda həyata keçiriləcək islahatlar çərçivəsində bu qurumlarda sözügedən məsələyə ciddi fikir veriləcək".