Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vahid Əhmədovun oğlunun hakim təyin edilməsi TƏKLİF OLUNDU
Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub.
Belə ki, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.
Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb.
Həmçinin, Elbəy Hidayət oğlu Allahverdiyev, Fərid İlham oğlu Əyyubov və Xəyal Əjdər oğlu Sarıyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.
Təklifə əsasən, Kamran Nüsrət oğlu Muxtarov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub), Elçin Qüdrət oğlu Məmmədov (Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub) Sumqayıt Apellyasiya Məhkəməsinə təyin edilməsi müzakirə olunub.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, Zəfər Əhmədov sabiq deputat Vahid Əhmədovun oğludur.
Mərahim Nəsib
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Məhkəmə kürəkənini döyən qayınata ilə bağlı qərar verdi
- Audiovizual Şura yayım şirkətini 5 min manat cərimələyib
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- MN-dəki mənimsəmə ilə bağlı məhkəmə: "Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib"
- Gəlinini doğrayanı azadlığa buraxdıracağını deyən sabiq vəzifəli şəxslə bağlı QƏRAR