Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vahid tələbə kartından narazılıq: "Metro, avtobus üçün endirim yoxdur"
Bir müddət əvvəl tələbələrin istifadəsinə verilən vahid tələbə kartı vasitəsilə bakalavr, magistrant və doktorantlar üçün müəyyən güzəşt və imtiyazlar nəzərdə tutulub. Lakin tələbələrin əksəriyyəti endirimlərin onları qane etmədiyini bildirərək, mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını daha məqsədəuyğun hesab edir.
"Metro, avtobus üçün endirim yoxdur. Demək olar ki, tələbə kartından istifadə edə bilmirəm. Endirimlər olacaq deyə verilmişdi, amma olmadı", - Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğu zamanı tələbə deyib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, beynəlxalq təcrübədə bu kimi kartlar vasitəsilə tələbələrin büdcəsinə qənaət məqsədilə ilk olaraq ictimai nəqliyyatdan istifadədə güzəştlər tətbiq olunur.
"Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, tələbələrə verilən kartlar onların sosial vəziyyətinin yaxşılaşmasına öz təsirini göstərir. Ən vacib dəstək yeraltı və yerüstü nəqliyyat vasitələrindən istifadə zamanı tələbələrə edilən güzəştlər olmalıdır. Qardaş ölkə Türkiyədə, Cənubi Koreyada, Sinqapurda tələbələrə bu istiqamətdə güzəştlər edilir", - deyə K.Əsədov bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Türkiyənin Azərbaycandakı yeni səfiri İğdır-Naxçıvan qaz boru kəmərinin perspektivlərindən DANIŞDI
- Donald Trampın xüsusi nümayəndəsi Moskvaya niyə gəldi? - Xəbərlərin 22:00 buraxılışı
- Xronika: Ərməniyyə, Armeniya, Ermənistan ifadələri sonradan qədim xəritələrə əlavə edilib
- Bayıl türməsinin yetirməsi, Stalin dövrünün sirli siyasətçisi Serqo Orconikidze
- Ermənistanda hərbi toplanış elan olundu: İrəvan döyüşə hazırlaşır? - Xəbərlərin 20:00 buraxılışı