Bakı şəhər üzrə yol nəqliyyat hadisələri və onların təhlilinə nəzər saldıqda həqiqətən də hadisələrin sürücü mədəniyyəti səviyyəsinin aşağı olması ilə əlaqədar olduğunu görmək olar.
Oxu.Az xəbər verir ki, bunu Vaqif Əsədov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirdə jurnalistlərə deyib.
V.Əsədov valideyn və müəllimlərin yol qaydalarına riayət etmələrindən də danışıb:
“Bu gün yol nəqliyyat hadisələrində həlak olanlar bu ölkənin vətəndaşıdır, bu cəmiyyətin üzvüdür və bizlərdən biridir. Təkcə küçə və yollarda dövlət yol polisi əməkdaşları deyil, eləcə də məktəbdə müəllimlər və valideynlər də məsuliyyət hissini artırmalıdır”.
Bakı şəhər DYP-nin ictimai əlaqələr şöbəsinin rəisi qeyd edib ki, yol hərəkəti iştirakçılarının nizam-intizamının aşağı olması yol nəqliyyat hadisələrinin başvermə sayına təsir göstərir.
Elvin Əhmədov
www.oxu.az