Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova yeni rütbə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Space TV-nin əməkdaşı Famil Fərhadoğlu öz şəxsi Facebook profilində yazıb.
Onun bildirdiyinə görə, Vaqif Əsədova polis polkovniki rütbəsi verilib.
“DYP-nin tədbirindəyəm. Deməli bu gün jurnalistlərin dostu Vaqif Əsədov polis polkovniki rütbəsinə layiq görülüb. Təbrik edirik”.
Qeyd edək ki, bundan əvvəl Vaqif Əsədov polis polkovnik-leytenantı rütbəsini daşıyırdı.
E.Ə.
www.oxu.az