Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov deputat seçilib.
Oxu.Az xəbər verir ki, “Şərq qapısı” qəzetinin dərc etdiyi siyahıda Naxçıvan Ali Məclisinin 45 deputatı arasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş S. Talıbov da var.
Vasif Talıbov özü isə 7 saylı Aralıq Seçki Dairəsindən deputat seçilib.
Qeyd edək ki, Seymur Talıbov elm sahəsində çalışır. Onun Naxçıvan şəhərindəki 12 saylı orta məktəbi bitirəndən sonra London Universitetində ali təhsil aldığı bildirilir.
Modern.az saytının bir müddət əvvəl yaydığı məlumata görə, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.
O, həmçinin hakim Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının şura üzvüdür.
S. Talıbov həm də alimdir. Onun müdafiə etdiyi elmi iş “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlanır. Dissertasiya işində Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub.
Naxçıvan MR-in Ali Məclisinə seçilmiş deputatların tam siyahısı:
| 1 saylı Sədərək Seçki Dairəsi | Qasımov Arif Mikayıl oğlu |
| 2 saylı Heydərabad Seçki Dairəsi | Əliyeva Vüsalə Abazər qızı |
| 3 saylı Maxta Seçki Dairəsi | Həsənov Nüsrət Firudin oğlu |
| 4 saylı Yengicə Seçki Dairəsi | Babayev Əmir Baxşəli oğlu |
| 5 saylı Alışar Seçki Dairəsi | Tağıyev Asəf Tağı oğlu |
| 6 saylı Çərçiboğan Seçki Dairəsi | Məhərrəmov Saleh Heydər oğlu |
| 7 saylı Aralıq Seçki Dairəsi | Talıbov Vasif Yusif oğlu |
| 8 saylı Düdəngə Seçki Dairəsi | Vəliyev Musa Məmməd oğlu |
| 9 saylı Mahmudkənd Seçki Dairəsi | Möhbəliyev Telman Əli oğlu |
| 10 saylı Şərur şəhər Seçki Dairəsi | Zeynalov Azər Yadulla oğlu |
| 11 saylı Həmzəli Seçki Dairəsi | Məmmədova Yeganə Qurban qızı |
| 12 saylı Yuxarı Daşarx Seçki Dairəsi | Talıbov Tariyel Hüseynəli oğlu |
| 13 saylı İbadulla Seçki Dairəsi | Həsənli Oruc Qafar oğlu |
| 14 saylı Danyeri Seçki Dairəsi | Əliyev Asim Yediyar oğlu |
| 15 saylı Qarabağlar Seçki Dairəsi | Quluyeva Sevda Rüstəm qızı |
| 16 saylı Qıvraq Seçki Dairəsi | İbrahimov Anar Adil oğlu |
| 17 saylı Çalxanqala Seçki Dairəsi | Məmmədov Ehtimad Cəfər oğlu |
| 18 saylı Nehrəm Seçki Dairəsi | Niftəliyev Hüseyn Əsrafil oğlu |
| 19 saylı Babək qəsəbə Seçki Dairəsi | Məmmədov İsa Mustafa oğlu |
| 20 saylı Yarımca Seçki Dairəsi | Allahverdiyeva Həbibə Rəşad qızı |
| 21 saylı Məzrə Seçki Dairəsi | Seyidov Mirhəşim Əhməd oğlu |
| 22 saylı Şıxmahmud Seçki Dairəsi | Məmmədli Turan Bəyməmməd qızı |
| 23 saylı Cəhri Seçki Dairəsi | Səfərli Hacıfəxrəddin Yəhya oğlu |
| 24 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Abbasov Məhərrəm Hüseyn oğlu |
| 25 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Talıbov Seymur Vasif oğlu |
| 26 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Cəfərli Elman Yusif oğlu |
| 27 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Rzayeva Yazgül Həsənəli qızı |
| 28 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Əliyev İsmayıl İsrafil oğlu |
| 29 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Allahverdiyeva Aidə Məhərrəm qızı |
| 30 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Məmmədov Namiq Qəzənfər oğlu |
| 31 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Məmmədov Nazim Məmməd oğlu |
| 32 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Bababəyli Nazim Səfərəli oğlu |
| 33 saylı Naxçıvan şəhər Seçki Dairəsi | Əzimov Behruz Nurəddin oğlu |
| 34 saylı Şahbuz şəhər Seçki Dairəsi | Məmmədov Rizvan Təmo oğlu |
| 35 saylı Kolanı Seçki Dairəsi | İsmayılov Cəbi Əziz oğlu |
| 36 saylı Şahbuzkənd Seçki Dairəsi | Dünyamalıyev Qoçəli İsa oğlu |
| 37 saylı Culfa şəhər Seçki Dairəsi | İbrahimov Qadir Abbas oğlu |
| 38 saylı Yaycı Seçki Dairəsi | Fərəcov Fərəc Rza oğlu |
| 39 saylı Ərəzin Seçki Dairəsi | Əliyev Tahir Rza oğlu |
| 40 saylı Saltaq Seçki Dairəsi | Həşimli Hüseyn Məmməd oğlu |
| 41 saylı Ordubad şəhər Seçki Dairəsi | Rzayev Qurbət İsmayıl oğlu |
| 42 saylı Ordubad şəhər Seçki Dairəsi | Zeynalov Eldar Əhməd oğlu |
| 43 saylı Yuxarı Əylis Seçki Dairəsi | Cəfərli Əhəd Məmməd oğlu |
| 44 saylı Vənənd Seçki Dairəsi | Babayev Tofiq Süleyman oğlu |
| 45 saylı Aza Seçki Dairəsi | Mustafayeva İlhamə Rafiq qızı |