Culfa rayonunda üç avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Oxu.Az xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü Səid Səlim oğlu Quliyev isə həyatını itirib.
Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Amal Salmanlı
Qaynar xətt:
(055) 224 12 12