Rusiya istehlakçı nəzarəti xidməti X5 Retail Group-a məxsus mağazalarda qida məhsullarının saxlanılması və anbarda yığılmasında buraxılan kütləvi sanitar qaydaların pozuntusunu, eləcə də istifadə müddəti keçmiş məhsullar aşkar edib, burada hətta vərəm xəstəsi olan işçilər də olub.
Rusiya istehlakçı nəzarəti xidmətinin məhsulların 89%-nin tərkibə müvafiq olmadığının üzə çıxarıldığı “Aşan” mağazalarının qalmaqallı yoxlamasından sonra, X5 Retail Group holdinqinin mağazaları da (“Karusel”, “Perekrestk”, “Pyateroçka”) nəzarət orqanının hədəfinə çevrilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti informasiya mənbələrinə istinadən bildirib.
Rusiya istehlakçı nəzarəti xidməti artıq dəfələrlə məhkəmə instansiyalarına qida məhsullarının saxlanılması qaydalarını pozan, keyfiyyətsiz mallar satan, öz əməkdaşlarının sağlamlığının yoxlanmasına laqeyd yanaşan X5 Retail Group-a qarşı iddiaların təmin edilməsi üçün müraciət edib.
Alıcıların və mağaza əməkdaşlarının sağlığına ən etinasız yanaşmaya dair fakt 2015-ci ilin qışında üzə çıxarılıb. Ryazan vilayətində “Pyateroçka” mağazasının yoxlanılması zamanı müfəttişlik tərəfindən ticarət zalının və yardımçı məkanların təmiri ilə məşğul olan Azərbaycan vətəndaşının vərəm xəstəsi olduğu aşkar edilib. Bununla yanaşı, təmir zamanı mağaza ştat rejimində çalışmağa davam edərək alıcı və gələn malları qəbul etməyə davam edib.