ABŞ HDQ (Hərbi dəniz qüvvələri) yeni “ən ölümcül” silahı, “Con Uorner” adlı “Virciniya” sinfindən olan sualtı qayığını əldə ediblər, CNN bildirib.
Oxu.Az xəbər verir ki, onun su basımı 7800 ton, dala bildiyi dərinlik isə 500 metrə çatır. Submarina “Tomaqabk” qanadlı raketlərin buraxılması üçün 12 qurğu, eləcə də MK48 ağır torpedalar üçün dörd bölmə ilə təchiz edilib.
Bundan başqa, sualtı gəmi pilotsuz aparatlar buraxır, bu hərbi silahın qiyməti iki milyard dollardır.
“Bu, bizim arsenalda ən texnogen və ən ölümcül silahdır”, ABŞ admiralı Conatam Qrinert bildirib.
Yeni texnologiyaların “Con Uorner”i dörd ekipaj üzvünün əvəzinə iki ekipaj üzvünün idarə etməsinə imkan yaratdığı bildirilir. Komanda mərkəzlərinə video-informasiya daxil olacaq, bu isə Submarinanın “kompüter oyunlarında coystik kimi” idarə edilməsinə imkan yaradacaq.