Braziliyanın hər il keçirilən “Miss Bum Bum” yarışmasının builki namizədləri çimərlik geyimində küçədə gəzişiblər.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, 27 gözəl San-Paulo sakinlərinə avtoqraf paylayaraq şəkil çəkdiriblər. Hətta onların bu davranışı nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olub.
İnternet vasitəsilə səsvermədən sonra 15 finalçı seçilərək münsiflər heyəti qarşısına çıxacaq.