Sosial media üzərindən edilən reklamlarla bağlı qəbul olunan yeni qaydalar ilk növbədə qiymətlərin artmasına səbəb ola bilər.
Bu barədə iqtisadçı Rəşad Həsənov Baku TV-də yayımlanan "Yeni bir səhər" verilişində danışıb.
Onun sözlərinə görə, qiymət artımı xüsusilə kiçik sahibkarların bu xidmətlərə çıxış imkanlarını qismən məhdudlaşdıra bilər: "Lakin düşünürəm ki, rəqəmsal platformalarda influenserlər tərəfindən həyata keçirilən reklamlar ümumi reklam bazarındakı payını artan templə davam etdirəcək. Çünki bu, çox çevikdir və qısa müddət ərzində nəticə verə bilir".
Ətraflı süjetdə: