"İran özünün nüvə proqramı üzrə ABŞ ilə danışıqlarda güzəştə getməyə hazırdır, lakin uranın zənginləşdirilməsi və dinc nüvə enerjisi məsələsi müzakirə mövzusu deyil".
Oxu.Az-ın xəbərinə görə, bunu CNN telekanalına müsahibəsində İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
"Əgər danışıqların məqsədi İranın nüvə proqramı çərçivəsində silah hazırlamayacağına dair zəmanətlər əldə etməkdirsə, fikrimcə, biz bunu çox asanlıqla edə bilərik.
ABŞ-nin niyyəti iranlıları dinc nüvə enerjisi haqqından məhrum etməkdirsə, bu, bütün prosesi şübhə altına alacaq", - deyə o bildirib.