"ABŞ Tehranın yeddi şərti ilə razılaşana qədər İran hakimiyyəti regional vəziyyətin nizamlanmasına dair danışıqların aparılması istəyində deyil".
Oxu.Az-ın "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bunu İran Parlamentinin sədri Məhəmmədbağır Qalibaf bildirib.
"İranın yeddi şərti yerinə yetirilənə qədər heç bir addım və ya danışıqlar olmayacaq", - deyə o qeyd edib.
O, həmçinin əmin edib ki, əgər rəqib İrana qarşı yeni aqressiv addımlar atarsa, onun hakimiyyəti "hərbi əməliyyatların coğrafiyasını" genişləndirməyə hazırdır.
Daha əvvəl, müxtəlif məlumatlara görə, Tehran tərəfindən irəli sürülüən şərtlər arasında Livan da daxil olmaqla, regionda hərbi əməliyyatların tamamilə dayandırılması, sanksiyaların və ABŞ-nin dəniz blokadasının ləğvi, dondurulmuş İran aktivlərinin blokdan çıxarılması və ölkəyə dəymiş ziyana görə kompensasiyanın ödənilməsi kimi məqamlar var idi.
Ötən həftə ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, İran münaqişəyə son qoyulması üzrə Vaşinqtona uyğun gələn müqavilələrə razılaşana qədər ABŞ İrana iqtisadi təzyiq göstərməyə davam edəcək. Nazir iddia edib ki, İran hazırda neft sata bilmir, lakin bu, enerji resursunu idxal edən ölkələrə zərər verməyəcək.