“Elə bir hal yaşandı ki, heç kim sağ qalacağını düşünmürdü. Sadəcə, necə öləcəyim, tabutumun evə necə gedəcəyi haqqında fikirləşirdim. Ən çox anamın bunu necə qarşılayacağından narahat idim”.
Bunu Baku TV-nin “44 gün” verilişində Vətən müharibəsi qazisi Sərxan Əliyev deyib.
Atası Birinci Qarabağ müharibəsi əlili olan S.Əliyev mühasirədən xilas olunmasından bəhs edib: “Oktyabrın 18-də mühasirəyə düşdük. Mayor Elçin Allahverdiyev və gizir Elnur Əzizovun vaxtında verdiyi komanda sayəsində sağ qaldım”.
![](https://img.youtube.com/vi/FcSA-TZoSPE/sddefault.jpg)
Vətən müharibəsi qazisi: “Düşünürdüm ki, anam tabutumu görsə, necə dözəcək?” - VİDEO