Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vətən müharibəsinin ən kiçik iştirakçılarından biri: Son sözü "Məni Vətən saxlayır" oldu
Əfsan Salıyev Vətən müharibəsinin yaşca ən kiçik iştirakçılarından biridir. Yaşı az olsa da, ürəyi vətən boyda olan Əfsan Qubanın İkinci Nügədi kəndindəndir. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə gedən Əfsan Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. O, Suqovuşan və Ağdərə istiqamətlərindəki ağır döyüşlərdə iştirak edib.
Oxu.Az "AzTV Xəbər"ə istinadla xəbər verir ki, müharibə başladıqdan sonra Əfsan ailəsi ilə son zəngini oktyabrın 2-si edib:
"O, zəngində müharibədə olduğunu bildirmədi və sadəcə "özümüzdən narahat olmayın, mən hələ də eyni yerdəyəm" dedi. Əfsanın son sözləri isə "Məni Vətən saxlayır" oldu" , - şəhidin anası bildirib.
Əfsan Salıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

"Vətən müharibəsi şəhidi" teqi üzrə xəbərlər
- Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS OLUNDU
- Zəlzələdən zərərçəkənlərə yardım edən şəhid atası: "Toy əşyalarını qardaş ölkəyə göndərdik"
- Şəhidin qardaşı dünyaya gəldi
- Dastana dönən qəhrəman Xudayar Yusifzadənin qardaşının toyundan görüntülər
- Tarix yazan polkovnik-leytenantın atası: "O özü şəhadətə ucalana qədər bir şəhid belə verməyib"