Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vətən müharibəsinin iştirakçısı narkozdan sonra komaya düşdü - 72 saat vaxt qoyuldu
Vətən müharibəsinin iştirakçısı, Ucar rayon sakini Sübhan Hüseynov komaya düşüb, vəziyyəti kəskin ağırdır.
Oxu.Az Bakupost.az-a istinadla xəbər verir ki, o, Ucar Rayon Mərkəzi Xəstəxanasında "tükdönməsi" əməliyyatı olunmalı idi. Lakin narkozdan şok keçirib və əməliyyat baş tutmayıb.
Həkimlər onun ailəsinə Sübhanın ayılmadığını, kliniki ölüm keçirdiyini və 72 saat ərzində özünə gələcəyini bildiriblər. Həkimlərin verdiyi məlumata görə, təcili tədbirlər görülməsə, qazimiz həyatını itirə bilər.
Qeyd edək ki, Sübhan Hüseynovun atası İlham Hüseynov Birinci Qarabağ müharibəsində iştirak edib.
"Vətən müharibəsi qazisi" teqi üzrə xəbərlər
- Döyüş yoldaşını öldürməyə cəhd edən qaziyə hökm oxundu
- Cərrahi əməliyyata gedən qazinin komaya düşməsinin səbəbi AÇIQLANDI
- Qarabağ qazisi protez ayaqlarla Everestə qalxmağı hədəfləyir
- "Gənc Qazilər" İctimai Birliyinin sədri həbs edilib
- Vətən müharibəsi qazisi: "Xocalı işğaldan azad olunan gün fərqli sevindik, qürurlandıq"
Ən çox oxunanlar