Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Overçuk Azərbaycana təşəkkür etdi
"Azərbaycanla çox zəngin gündəliyimiz var, çox sıx əlaqələr qururuq. Buraya həm sənaye istehsalının yaradılması, o cümlədən Azərbaycan ərazisində, həm qarşılıqlı investisiyalar, həm energetikada əməkdaşlıq, həm də ticarət daxildir".
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk "Rossiya-24" kanalında çıxış edərkən bildirib.
O qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də müzakirə olunacaq: "Çünki Azərbaycan bu yolda cənuba doğru vacib həlqədir".
"Azərbaycana dəmiryolu tariflərinin endirilməsinə görə çox minnətdarıq. Bu qərar Azərbaycanda artıq qəbul edilib - geri yükləmə zamanı tariflər endirilib", - Overçuk əlavə edib.

"Aleksey Overçuk" teqi üzrə xəbərlər
- Overçuk: "Aİ səmasını üzümüzə bağlayıb, Ermənistan da bağlayacaq?"
- Overçuk: "Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq"
- Overçuk: "Rusiya Ermənistanla əməliyyatları azaldıb"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- Rusiya və Azərbaycan sərhədində yük həcmi beş dəfə artıb