Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyədə 11 ildir itkin düşən şəxsin parçalanmış cəsədi soyuducudan tapıldı
Türkiyənin Kırıkkale şəhərində kirayə verilən evdən cəsəd tapılıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, mənzilin sahibi kirayə haqqını ödəmədiyi üçün orada yaşayan Meliha adlı xanıma zəng edib. Telefona Melihanın qızı cavab verib və anasının mayın 3-də dünyasını dəyişdiyini bildirib.
Bundan sonra mənzilin sahibi çilingərin köməyi ilə evin qapısını açıb və oradakı soyuducuda parçalanmış meyit tapıb.
Müayinə zamanı bunun kişi meyiti olduğu dəqiqləşdirilib. Evə baxış zamanı 1 ədəd bıçaq aşkar edilib.
Meyitin 2014-cü ildə Ankaradan Kırıkkaleyə getdikdən sonra yoxa çıxan 40 yaşlı Hüseyn Okumuşoğluna aid olduğu müəyyən edilib. Hadisə ilə bağlı 4 şübhəli saxlanılıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Abdullah Ağar: "Türkiyə Yaxın Şərqdəki savaşda tarixi yol ayrıcındadır"
- Ceyhun Bayramov İstanbulda çıxış etdi: "Azərbaycan gələn il İƏT sədrliyini təhvil alacaq"
- Türkiyədə baş verən qəribə təsadüf: Özünə məzar qazıb paylaşdı, bir gün sonra öldü
- Ərdoğan-Paşinyan görüşü yekunlaşıb, müzakirə olunan məsələlər açıqlanıb
- Sonuncu zəvvar qruplarının olduğu təyyarə Bakıya enib