Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vətəndaşlara "Azərpoçt"un adından saxta mesajlar göndərilir
Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilib ki, dələduzlar Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin adından müxtəlif nömrələr vasitəsilə elan platformalarında məhsul yerləşdirən vətəndaşlara saxta mesajlar göndərir və guya həmin məhsulu almaq istədiklərini bildirirlər.
Məhsulun ödənişini həyata keçirmək bəhanəsi ilə vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərdən bank kartı məlumatlarını və digər şəxsi məlumatları daxil etmələri tələb olunur. Bu yolla vətəndaşların maliyyə və fərdi məlumatları ələ keçirilməyə çalışılır.
ETX vətəndaşlara xəbərdarlıq edir ki, bu cür hallarla rastlaşdıqda ehtiyatlı olsunlar, istənilən qurumun adından göndərilən mesajlara dərhal inanmasınlar və məlumatı birbaşa həmin qurumun rəsmi kanalları vasitəsilə dəqiqləşdirsinlər.
Qurum vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını naməlum mənbələrlə paylaşmamağı tövsiyə edir.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Vətəndaşların NƏZƏRİNƏ: Bakıda üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- Taksi sürücüləri imtahan verdilər
- Kibermühitdə uşaqlara nəzarət etmək nə dərəcədə mümkündür? - "Kaspi"nin ARAŞDIRMASI
- Azərbaycanda taksi şirkəti və direktoru cərimələnib
- Azərbaycan startap ekosistemi üzrə Mərkəzi Asiyada ən çox irəliləmiş ölkə elan edilib