Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularına qarşı mübarizəyə davam edir.
Oxu.Az xəbər verir ki, avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularını, dayanacaqların qarşısında dayanan avtomobillərin fotoları NİİM-in saytında “ictimai qınaq” bölməsində yerləşdirilir.
Artıq saytın “ictimai qınaq” bölməsində kifayət qədər nizamsız sürücülərin fotoları yerləşdirilib. Şəkillərə baxanda məlum olur ki, avtobus dayanacaqlarını zəbt edən sürücülərə görə, vətəndaşlar ictimai nəqliyyatı dayanacaqdan kənar - yolun hərəkət hissəsində gözləyərək öz həyatlarını təhlükəyə atırlar.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin “ictimai qınaq” bölməsi 13 oktyabr 2015-ci ildə fəaliyyətə başlayıb.
NİİM gördüyünüz, şahidi olduğunuz avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularını, dayanacaqların qarşısında dayanan avtomobillərin fotolarını info@niim.az elektron ünvanına göndərməyi xahiş edir.
E.Ə.
www.oxu.az