Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputat Azərbaycana qayıtdı
“Türkiyədə müalicə alan millət vəkili Vahid Əhmədov Azərbaycana geri qayıdıb”.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkilinin köməkçisi Arif Orucov bildirib.
O qeyd edib ki, V.Əhmədov hazırda özünü yaxşı hiss edir:
“Səhhəti normaldır. Evində istirahət edir”.
Qeyd edək ki, bir neçə müddət əvvəl Vahid Əhmədovun səhhəti ağırlaşıb. Ürəyində problem yarandığı üçün o, təcili olaraq Türkiyəyə aparılıb.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar