Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vilayət Eyvazovdan iki YENİ TƏYİNAT
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilərək, Kadrlar İdarəsinə rəis təyin edilib.
Nazirin digər əmri ilə isə BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev də vəzifəsindən azad edilərək, idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, bu barədə ilk məlumatı avtosfer.az yayıb.
İlhamə Əbülfət
"BDYPİ" teqi üzrə xəbərlər
- Biri azyaşlı olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı BDYPİ-dən ÇAĞIRIŞ
- BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ
- DYP-dən qeyri-sabit hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT
- Hacıqabulda ağır qəza: Avtomobil yoldan çıxaraq aşdı
- Bakı-Sumqayıt yolunda YPX avtomobilinin iştirakı ilə baş verən qəza barədə RƏSMİ AÇIQLAMA
Rəylər