Daxili işlər orqanlarında yeni təyinat olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini vəzifəsinə gətirilib.
O, bundan əvvəl RPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi işləyib.
İlhamə Əbülfət
Rəylər