“Win32/Injector.BLWX” troyanından ibarət olan yeni spam maliyyə sənədi şəklində məktublara əlavə olunur. Artıq Ukrayna və Böyük Britaniya istifadəçiləri bu virusdan ziyan çəkiblər.
Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bu ziyanverici proqram təminatının xüsusiyyəti troyanın yerləşdiyi arxivdir. O, ilkin mərhələdə DOS və “Windows” üçün hazırlanmış paritet ARJ arxivatoru ilə yığılıb.
“Win32/Injector” ailəsinə aid olan troyanlar geniş funksionala malikdirlər və digər ziyanverici proqram təminatının quraşdırılması, şəxsi məlumatların oğurlanması, virusa yoluxmuş qurğuların botnetəbirləşdirilməsi, spamın yayılması və DDoS hücumların təşkili üçün istifadə edilirlər.