ABŞ-da iqlim dəyişikliyi ilə bağlı tarixin ən böyük aksiyası keçirilib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Nyu Yorkda keçirilən nümayişlər dünyada gedən iqlim dəyişikliyinə diqqət çəkmək məqsədi ilə keçirilir. Nümayişlərdə məhur aktyor Leanardo Di Kaprio və müğənni Stinq də iştirak edib.
ABŞ-la yanaşı bu tip nümayişlər dünyanın 161 ölkəsində keçirilir.
Qeyd edək ki, bu həftə Nyu-Yorkda dünyadakı iqlim dəyişikliyi ilə əlaqədar BMT Baş Assambleyasının 69-cu zirvə toplantısı keçiriləcək.