Rusiya prezidenti Vladimir Putin MDB (Müstəqil Dövlətlər Birliyi ) ölkələrinin dövlət başçıları ilə görüşdə bu ölkələrdə daxili turizmin inkişaf prioritetlərindən danışıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya KİV-i verdiyi məlumata görə, Putin çıxışında onu da bildirib ki, 2014-cü ili MDB-də “turizm ili“ elan etməyi planlaşdırılar.
Rusiya dövlət başçısı eyni zamanda bu yaxınlarda Azərbaycana etdiyi səfərindən də danışıb:
“Bu yaxınlarda Azərbaycanda oldum. Bakının necə inkişaf etməsinə böyük məmnuniyyətlə tamaşa etdim. Biz şəhərin mərkəzi hissəsindən keçdik, sadəcə möhtəşəm idi. Əminəm ki, əgər insanlar bilsələr ki bizim ölkəmizdə nələr baş verir, maraq daim getdikcə artacaq”.