“Ümumilikdə 13 100 şəxs evlə təmin olunub”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu il 20 minə yaxın şəxsə stasionar, yarımstasionar və səyyar xidmət göstərilib:
“Şəhid ailələrinə qayğı, müharibə iştirakçılarına dəstək daim hiss olunub. Onlara müxtəlif sosial xidmətlər göstərilir. 4 300-dən çox şəhid ailəsi və müharibə əlili fərdi evlərlə təmin olunub”.
V.Behbudov müharibə əlillərinin, həmçinin, avtomobillərlə də təmin olunduqlarını qeyd edib.
“Ümumilikdə 13 100 şəxs evlə təmin olunub”.Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentli...
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər