Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vüsal Aslanov yeni departamentlər yaratdı - Birinə rəis təyin etdi
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti ləğv edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
QSC-nin sədrinin müvafiq əmri ilə sözügedən qurum iki yerə ayrılıb. Yerində "Bakı Metropoliteni" QSC-nin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentləri yaradılıb.
Vüsal Aslanovun əmri ilə Zamiq Quliyev Mühafizə Departamentinə rəis təyin olunub.
Qeyd edək ki, sabiq QSC rəisi Zaur Hüseynovun müvafiq əmri ilə Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti yaradılmışdı. Sözügedən xidmətin rəisi İnam Əzimov idi.