Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev estoniyalı həmkarına təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Estoniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub
- Azərbaycan Prezidenti: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir"
- Prezident: "Beynəlxalq münasibətlərdə Pakistanla bir-birimizə dəstəyi davam etdirəcəyik"
- İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
- Prezident İlham Əliyevin adından Pakistan baş nazirinin şərəfinə dövlət ziyafəti verilib
Ən çox oxunanlar