Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

USAID-in minlərlə əməkdaşının ixtisarı başladı
ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) kütləvi ixtisara başlayıb və bu, minlərlə işçini əhatə edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə USAID-in saytında yerləşdirilən sənəddə qeyd olunur.
Sənədə əsasən, bu gündən (24 fevraldan) etibarən USAID-in bütün dünya üzrə əməkdaşlarının əksəriyyəti inzibati məzuniyyətə göndəriləcək.
İstisna ancaq təhlükəli tapşırıqların və xüsusi proqramların həyata keçirilməsinə cavabdeh olan şəxslərə, həmçinin rəhbər vəzifə tutan USAID əməkdaşlarına aiddir.
"Eyni zamanda, USAID ABŞ-də fəaliyyət göstərən təxminən 1600 işçiyə təsir edəcək işçi qüvvəsinin ixtisarına başlayır", - bəyanatda deyilir.
USAID-in xaricdə yerləşən əməkdaşlarına hökumət hesabına ABŞ-yə qayıtmaq və müəyyən güzəştlər almaq imkanı təklif olunub.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- Hindistan USAID və Soros Fondunu ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi
- Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan "inqilab ssenarisi"
- USAID barədə gizlinlər: Ermənistana göndərilən pullar nəyə xərclənib?
- USAID-in biabırçı sonu: Samanta Pauerin agentliyinin iç üzü
- Media sahəsində olan böyük cinayət şəbəkəsinin üstü açılır