"WUF13 tədbiri çərçivəsində nəqliyyat vasitələrinin bütün giriş və parklanma icazələri mərkəzləşdirilmiş platforma vasitəsilə idarə olunacaq".
Oxu.Az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, təyin olunan xüsusi hərəkət zolaqları birbaşa dövlət qurumları ilə koordinasiya olunacaq:
"Sistem WUF13 zamanı 5000-dən çox nəqliyyat vasitəsini dəstəkləyəcək. Bütün əməliyyatları BMT və Azərbaycan protokollarına tam uyğun şəkildə həyata keçiriləcək".