Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Şimali kənd sakini 1934-cü il təvəllüdlü Neymət Neymətov yaşadığı evdə özünü asıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.