Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb.
“Report” xəbər verir ki, hadisə Xudat şəhərində baş verib.
Belə ki, “VAZ-21015” markalı minik avtomobili şəxsiyyəti hələ məlum olmayan piyadanı (ad və soyadı dəqiqləşdirilir-red) vurub.
Yaralı hadisə yerindəcə dünyasın dəyişib.
Faktla bağlı araşdırma aparılır.