Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran qəsəbəsində avtomobil qəzası zamanı Seyidli ve Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Nəticədə, hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil isə daha sonra başqa kəndin ərazisində tapılıb. Hazırda ərazidə qaz təchizatının bərpası işləri görülür.