Xaçmazda çoxmərtəbəli binanın dam örtüyü qoparaq yerə düşüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə aınıb.
Bina sakinləri bildirir ki, dam örtüyü üç dəfə təmir edilsə də, güclü küləyin əsməsi nəticəsində yenidən qopub.
Sakinlər iddia edirlər ki, bunun səbəbi təmir zamanı yararsız taxtalardan istifadə edilməsidir.
Qeyd edək ki, hazırda ölkə ərazisində güclü külək müşahidə edilir.