Xaçmazda ikimərtəbəli ev yanıb.
APA xəbər verir ki, hadisə Xaçmazın Yalama kəndində baş verib.
Ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli ev anidən alışıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb.